10 
avq
2023
21:13
259

Avropa Liqası: “Qarabağ” - HİK matçının ikinci hissəsi start götürüb - YENİLƏNİR

10 avq, 2023
21:13
259

Avropa Liqası: “Qarabağ” - HİK matçının ikinci hissəsi start götürüb - YENİLƏNİR - FOTO

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"Den.az" xəbər verir ki, birinci yarıdan sonra görüşdə hesab açılmayıb - 0:0.

20:52
Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ilk yarıdan sonra qapılara qol vurulmayıb - 0:0.
20:02
Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.
Matçın baş hakimi israilli Roy Reinsreyberdir.
Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 17-də Helsinkidə olacaq.
18:54
Bakıda UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Finlandiya HİK-inin start heyətləri bəlli olub.
Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
HİK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 23. Püri Soyri, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka
Baş məşqçi: Toni Korkeakunnas
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar