11 
avq
2023
10:40
144

Polis əməkdaşına bıçaqla xəsarət yetirməyə cəhd edildi

11 avq, 2023
10:40
144

Polis əməkdaşına bıçaqla xəsarət yetirməyə cəhd edildi

Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Den.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.


Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər.
Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən soyğunçular zərərsizləşdirilib.

Bu zaman soyğunçulardan biri özünə bıçaqla xəsarət yetirib və daha sonra polis əməkdaşına bıçaqla xəsarət yetirməyə cəhd edib.

Hadisənin təfərrüatı araşdırılır./Report

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar