11 
avq
2023
16:18
357

Bərdə sakini Sumqayıtda dənizdə batdı-YENİLƏNİB

11 avq, 2023
16:18
357

Bərdə sakini Sumqayıtda dənizdə batdı-YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Den.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub.

Den.az-ın məlumatına həmin şəxs Bərdə rayon sakini 32 yaşlı Tural Xəlil oğlu Əliyevdir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar