11 
avq
2023
22:40
2 951

Sumqayıtda 32 yaşlı oğlanın dənizdə batma görüntüləri yayıldı-ANBAAN VİDEO

11 avq, 2023
22:40
2 951

Sumqayıtda 32 yaşlı oğlanın dənizdə batma görüntüləri yayıldı-ANBAAN VİDEO

Sumqayıtda dənizdə batan 32 yaşlı Tural Xəlil oğlu Əliyevun görüntüləri yayılıb.

"Den.az"
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Den.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar