14 
avq
2023
15:30
163

Bakı kəndlərində işıqların tez-tez sönməsinin səbəbi nədir? - RƏSMİ AÇIQLAMA

14 avq, 2023
15:30
163

Bakı kəndlərində işıqların tez-tez sönməsinin səbəbi nədir? - RƏSMİ AÇIQLAMA

Son günlər Bakı kəndlərində tez-tez işıqların sönməsi ilə bağlı şikayətlər səslənir. Vətəndaşlar elektrik enerjisinin mütəmadı olaraq kəsintili verilməsindən şikayətçidirlər. Bildirilir ki, isti havada işıqların sönməsi daha da çətinlik yaradır. 

Bəs bunun səbəbi nədir?


"Azərişıq" ASC Bakı kəndlərində elektrik enerjisi təchizatının kəsilməsinə aydınlıq gətirib.

Qurumun mətbuat xidməti rəhbərinin müavini Pərvanə Kazımzadə şikayətlərin səbəbi ilə bağlı AZXEBER.COM-a açıqlama verib. 

O bildirib ki, hazırda Bakı kəndləri problemsiz olaraq elektrik enerjisi ilə təmin olunur:

"Səbəb məlumdur. Anomal istilər keçir. Həddindən artıq yüklənmələr var. Heç bir qəza vəziyyəti yoxdur. Bakı kəndlərində işıqların sönməsi anomal istilərlə əlaqəlidir.  Yüklənmələr çoxdur. Ancaq hazırda hər yerdə işıqlar yanır”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar