15 
avq
2023
01:15
201

Hacıqabulda iki avtomobil toqquşub, altı nəfər xəsarət alıb

15 avq, 2023
01:15
201

Hacıqabulda iki avtomobil toqquşub, altı nəfər xəsarət alıb - FOTO

Hacıqabulda iki avtomobil toqquşub, altı nəfər xəsarət alıb.

"Den.az" xəbər verir ki, hadisə rayonun Udulu kəndi ərazisində qeydə alınıb.


Belə ki, “VAZ-2106” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.


Qəza nəticəsində Hacıqabul rayon sakinləri - 1980-ci il təvəllüdlü Tarıverdiyeva Tünzalə Pirhüseyn qızı, 1963-cü il təvəllüdlü Bədəlov Novruzəli Ağadadaş oğlu, 1986-cı il təvəllüdlü Tarıverdiyeva Namidə Saday qızı, 1993-cü il təvəllüdlü Cəfərova Elzangül Novruz qızı, 1965-ci il təvəllüdlü Bədəlova Sənəm Həsən qızı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır. (“Report”)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar