15 
avq
2023
11:30
309

“Nikosayağı”nın atasından oğlu ilə bağlı açıqlama: “Reanimasiyadadır, dostu isə…”

15 avq, 2023
11:30
309

“Nikosayağı”nın atasından oğlu ilə bağlı açıqlama: “Reanimasiyadadır, dostu isə…”

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası məlumat verib.
 
Den.az xəbər verir ki, blogerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Oxu.Az-a açıqlamasında oğlunun hazırda reanimasiyada olduğunu bildirib:
 
“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”
 
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başladılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar