15 
avq
2023
12:44
133

Hava temperaturu ilə bağlı rekord yeniləndi - 50 DƏRƏCƏ

15 avq, 2023
12:44
133

Hava temperaturu ilə bağlı rekord yeniləndi - 50 DƏRƏCƏ

Türkiyədə havanın yüksək temperaturu ilə bağlı rekord təzələnib. 
 
Den.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Meteorologiya xidmətinin məlumatına görə, Hatay vilayətinin Hassa rayonunda 50 dərəcə istilik olub.
Bundan əvvəl Türkiyədə qeydə alınmış ən yuxarı temperatur 2021-ci ilin 20 iyul tarixində Şırnak vilayətinin Cizre rayonunda olub – 49.1 dərəcə.

Rəsmi açıqlamadan sonra Hassadakı küçələr boş qalıb. Havanın istiliyindən əziyyət çəkən insanlar Karapınar gölünə axın ediblər.

Sakinlərin sözlərinə görə, sərinləmək üçün suya girib çıxdıqdan 5 dəqiqə sonra yenidən yanğı hiss edirlər: “Fəlakətli istilər var”.//Modern.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar