15 
avq
2023
13:11
219

Elnarənin tələbəsi vəfat etdi

15 avq, 2023
13:11
219

Elnarənin tələbəsi vəfat etdi

Müğənni Elnarə Xəlilovanın tələbəsi vəfat edib.

Den.az xəbər verir ki, bu haqda ifaçı özü məlumat yayıb. Müğənni bildirib ki, xərçəngdən əziyyət çəkən tələbəsi Kubra vəfat edib:


"Keçən il bu vaxt sənin şəklini paylaşıb hər kəsdən əməliyyat üçün yardım istədik. Haqqınızı halal edin, dostlar, Kubramız bu gün haqqın rəhmətinə qovuşdu. Qisməti belə imiş. Allah rəhmət eləsin. Allah valideynlərinə, bacı və qardaşına, yaxınlarına səbr versin".

E.Xəlilova mərhumun apreldə lentə alınan videosunu paylaşaraqü bu sözləri yazib: "Video apreldə çəkilib. O cür şaqraq səsi olan, "Gülçöhrə"nin ariyasını oxuyanda pəncərələr titrədən Kubramızın bu videoda artıq səsi çıxmırdı. Beynində şiş var idi. Nə qədər əməliyyat, kimya oldusa, xeyri olmadı. Taleyi belə yazılıbmış, canı qurtardı, mələk oldu" sözlərini əlavə edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar