15 
avq
2023
16:48
196

"Tiktok" Elvin Basqallının 409 minlik səhifəsini bağladı - FOTO

15 avq, 2023
16:48
196

"Tiktok" Elvin Basqallının 409 minlik səhifəsini bağladı - FOTO

Tanınmış teleaparıcı Elvin Basqallının 409 minlik "TikTok” səhifəsi bağlanıb.

Den.az bildirir ki, bununla bağlı o özü AZXEBER.COM-a açıqlama verib. 

Aparıcı bildirib ki, bir neçə xəbərdarlıqdan sonra səhifəsi dünən günorta saatlarında bağlanıb:


"Hər hansı qayda pozuntusu etməmişəm. Artıq il yarımdır ki, "TikTok” işlədirəm. Son bir həftə ərzində 40 mindən artıq izləyici səhifəyə gəlib. Çox fəal, güclü "TikTok” səhifəsi işlədirəm. Qaydaları da çox yaxşı bilirəm. Gələn xəbardarlıqlarla bağlı etdiyim şikayətlərə "TikTok” cavab verməyib. Nəticədə spamlar yığılıb, səhifəm bağlanıb. Səhifəmə ermənilər tərəfindən də hücumlar olunur. Son vaxtlar cəbhə xəbərləri ilə bağlı da xəbərdarlıqlar gəlirdi. Bir neçə belə xəbərdarlıqdan sonra səhifəm bağlanıb”.

Elvin Basqallı qeyd edib ki, səhifəsinin bağlanması ilə bağlı "TikTok”a müraciət edib:

"Həmin səhifəyə gündəlik 3-5 milyondan çox baxış var. "TikTok”a müraciət etmişik. Səhifənin açılması üçün proqramçılar işləyir. Açılmaması üçün heç bir səbəb yoxdur. "TikTok”un özündə problem var, etdiyimiz müraciətlərə cavab vermir”.



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar