16 
avq
2023
21:10
115

Nicat Abasov Bakıdakı Dünya Kubokunda yarımfinala yüksəldi

16 avq, 2023
21:10
115

Nicat Abasov Bakıdakı Dünya Kubokunda yarımfinala yüksəldi

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.

Den.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib - 1:0.

İlk qarşılaşma heç-heçə başa çatmışdı.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar