17 
avq
2023
15:20
142

Ermənilərdən daha bir TƏXRİBAT CƏHDİ

17 avq, 2023
15:20
142

Ermənilərdən daha bir TƏXRİBAT CƏHDİ

Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Den.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.


“Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub”, – məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar