17 
avq
2023
18:45
211

Nəsimi Nəbizadə yenidən televiziyada - FOTO

17 avq, 2023
18:45
211

Nəsimi Nəbizadə yenidən televiziyada - FOTO

Nəsimi Nəbizadə yenidən AzTV-də fəaliyyətə başlayıb.

Den.az xəbər verir ki, bu barədə jurnalist Jalə Mütəllimova sosial şəbəkədə paylaşım edib.

O, Nəsimi Nəbizadə ilə  fotolarını paylaşıb:

“Demək olar hamı soruşur. Doğrudan ordadır?!

Bəli, doğurdan. Həyatının səhvini etmiş hər kəs bir böyük şansı haqq edir. Ona görə yanımızdadı, əli əlimizdədi, həyata tutunub. Niyəsə içimdə bir inam var, inşallah çox gözəl olacaq hər şey. Və o əlini çəkməzsə, biz heç çəkməyəcəyik. Səhv və günahı müzakirə etmək, ittiham etmək bəndə işi deyil. Çünki bəndə özü müqəddəs və ya ilahi varlıq deyil. Üstəlik hər kəsin irili-xırdalı günahı, səhvi var. Odur ki, ittiham etmədən düz ürəyimizin başına qoymuşuq Nəsimi Nəbizadəni, sevgi ilə, sayğı ilə sarmışıq. Allah onu da, bizi də utandırmayacaq, buna inanıram”.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar