26 
iyn
2023
01:18
210

Almaniya Ukraynaya daha 45 “Gepard” zenit qurğusu verəcək

26 iyn, 2023
01:18
210

Almaniya Ukraynaya daha 45 “Gepard” zenit qurğusu verəcək - FOTO

Almaniya Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edərək, hava hücumundan müdafiəni gücləndirmək üçün ilin sonuna qədər Ukraynaya daha 45 ədəd “Gepard” özüyeriyən zenit qurğusunu təhvil vermək niyyətindədir.
Bu barədə Almaniya Müdafiə Nazirliyi yanında Ukrayna üzrə Situasiya Mərkəzinin rəhbəri, briqada generalı Kristian Freydinq deyib.
Onun sözlərinə görə, hazırda Almaniya 34 “Gepard” qurğusunu Ukraynaya göndərib, daha 15-i yaxın həftələrdə təhvil veriləcək.
Bundesverin briqada generalı Ukrayna ordusunun hazırkı əks-hücumunda hava hücumundan müdafiəni əsas zəif nöqtə hesab etdiyini vurğulayıb.
“Biz əlimizdən gələni edirik. Amma bütün bunlara baxmayaraq, Ukraynanın kifayət qədər raketdən müdafiə sistemi varmı? Qətiyyən yoxdur”, - deyə Freydinq əlavə edib.
O, Almaniyanın bu il Ukraynaya iki, gələn il isə dörd IRIS-T SLM zenit-raket kompleksi verəcəyini xatırladıb.
Mənbə: Ukrainskaya Pravda


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar