Xəbərin Kateqoriyası: Ümidlə gəl

"Ümidlə gəl"in növbəti buraxılışı

Səlimovanın açıqlaması ilə başlayıb. O, qeyd qeyd edib ki, bizə rayonlardan müraciətlər çox olduğu üçün işimiz əsasən Bakı şəhərində yerləşən uşaqlarla bağlı klinkalardan keçir. 

Nüşabə xanım "Ümidlə gəl"ə gələn xəstələrə öz yardım əlini uzadan, uşaqların ilkin müayinələri orada olduğu üçün Respubilka Klinik Uşaq xəstaxanasının baş həkimi Nərgiz xanıma; Respubilka Nevroloji Uşaq xəstəxanasının əməkdaşı Məhərrəm həkimə; Nərimanov rayonunda yerləşən Uşaq Bərpa Mərkəzinin əməkdaşları Şahin həkimə, Zöhrə Qarayeva öz təşəkkürünü bildirib.

Daha sonra "Ümidlə gəl" komandasının "qaynar xətt"i kimi tanınan Gülzar Namazova öz fikirləri ilə bərabər tamaşaçılara öz şeir payını da əsirgəməyib.

Daha sonra tok-şounun aparıcısı Hacı Quliyev studiyada əyləşən qonaqları tamaşaçılara təqdim edib.

Modelyer Fəxriyyə Xələfovanın sosial layihələrdəki fəaliyyətindən, onun əlil uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Ayaq iflicindən əziyyət çəkən Aytən xanım haqqında hazırlanan sujet tamaşaçılara çatdırılıb. 

Aytən xanım isə öz növbəsində ona hər zaman dəstək olan Fəxriyyə Xələfovaya və "Ümidlə gəl"in komanadasına təşəkkür edib.

Tok-şouda ekspert qismində əyləşən DAMM-ın xarici əlaqələr şöbəsinin müdiri Nəcəf Qəmbərov, Qadın hüquqları müdafiəçisi Qəmər Ömərli, ailə psixoloqu Sevinc Salehli, Rusiya Dövlət Dumasının əməkdaşı Ramin Qasımov hər zaman könüllü olaraq əlil uşaqlar üçün öz maddi və mənəvi dəstəklərini əsirgəməyəcəklərini bildiriblər.

"Daun" xəsətliyindən əziyyət çəkən 3 yaşlı Vüqarın xəstəliyindən danışan həkim Müşfiq Bayramov onun tezliklə əməliyyat olunacağını bildirib.

Verlişin sonunda aparıcı Hacı Quliyev "serebral iflic" xəstəliyindən əziyyət çəkən azyaşlı Nigarın problemlərindən söz açaraq onun xeyirxah insan, tanınmış həkim Bayram Qorçuyev tərəfindən City hospidal da əməliyyat olunaraq, Allahın izni ilə sağlamlığına qovuşacağını vurğulayıb. 

Xatırladaq ki, "Ümidlə gəl" tok-şousunun informasiya dəstəyi Analoq.az saytıdır.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız