Xəbərin Kateqoriyası: Ümidlə gəl / Xəbərlər

Hacı Quliyevə olladığı təşəkkür məktublarını Novruz burnu ilə yazırmış - "Ümidlə Gəl" tok-şousunda baş verənlər

Martın 2-si Lider Tv-nin efirində yenidən yayıma başlayan “Ümidlə Gəl” tok-şousu sözün əsil mənasında tamaşaçıları heyrət hissinə bürüdü. Proqramın qəhrəmanları barədə yayımlanan süjetlər və qeyd olunan məqamlar isə zalda əyləşənləri göz yaşına boğdu.
Serebral iflic xəstəliyindən əziyyət çəkən 23 yaşlı Novruz layihənin rəhbəri və aparıcısı Hacı Quliyevə yolladığı təşəkkür məktublarını burnu ilə yazırmış. Bu xəbər zalda əyləşənləri təəccübləndirməklə yanaşı həm də kövrəltdi. Ancaq bütün bütün bunlara baxmayaraq, proqram sevinc notları üzərində davam etdi.
Novruzun müalicəsini proqramda ekspert qismində əyləşən həkimlərdən, Dr. Genikoloq Nərgiz Vəliyeva, Dr. Fizioterapeft və Reabilitoloq Rəhimə Atəş öz üzərinə götürdü. Hər iki həkim “Madera hospital”ın mütəxəsisləridir.
Studiyada növbəti qəhrəman qismində əyləşən, serebral iflic xəstəsi, valideynləri tərəfindən atılan Zəhranın müalicəsini isə, “Qüsursuz Nitq Korreksiya Mərkəzi”nin həkimi Defektoloq-Loqopet Esmira Qafarova öz üzərinə götürdü.
Layihənin xüsusi, Tibbi-eksperti Nüşabə Adilqızı isə mövzu ilə bağlı Dövlət xəstəxanalarında göstərilən xidmətlərdən danışdı.
Proqramda ekspert qismində ziyalı və tanınmış simalar iştirak edirdi, amma layihənin formatına uyğun olaraq mövzu əsnasında gedən müzakirələrdə daha çox xeyriyyəcilik məqsədi güdüldü, ictimai qınaq məqamlarına isə qismən toxunuldu.
Sonda proqramın ötən buraxılışlarından tamaşaçılara tanış olan digər Zəhra balanın davam edən uğurlu müalicə prosesindən bəhs edildi və qeyd olundu ki, ötən səkkiz seanslıq prosedurlara baxmayaraq artıq Zəhranın sağlamlığında surətli inkişaf müşahidə edilir.
Qeyd edək ki, adı şəkilən layihə Respublika daxilində yaşayan imkansız şəxslərə və ailələrə dəstək məqsədi ilə yaradılan xeyriyyə proqramıdır.













   скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız