13 
iyn
2023
18:52
160

Süni mayalanma haramdır, yoxsa...? - Ekspertlər deputatla razılaşmır

13 iyn, 2023
18:52
160

Süni mayalanma haramdır, yoxsa...? - Ekspertlər deputatla razılaşmır

"Reproduktiv funksiya və nəsil artırmaya aid olan bütün məsələlər qanunla tənzimlənməlidir".

Den.az xəbər verir ki, bunu "Sherg.az"a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla millət vəkili Siyavuş Novruzovun süni mayalanma əleyhinə etdiyi çıxışına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, bu məsələ dini ayinlər, adət-ənənə və mənəvi-psixoloji əhval-ruhiyyə ilə həll edilə bilməz:

"Çünki prosedur hüquqi məsuliyyət doğurur və qanunla tənzimlənməlidir. Hətta qanunda bunun bütün detalları göstərilməlidir. Ümumiyyətlə süni mayalanma zamanı donorun və respientin kim olması anonim də olsa, qeydə alınmalıdır. Ona görə ki, bu ən azından etnik tərkib məsələsidir".

Professorun sözlərinə görə, məsələnin həll yolu tapılmaması təqdirdə insanlar xaricə axın edəcək:

"Nəticədə isə dünyaya gələn uşağın heç mənşəyi də bilinməyəcək. Hesab edirəm ki, bu ölkədaxili məsələdir və Azərbaycan öz potensialından istifadə etməlidir. Ümumiyyətlə süni mayalanmanın istənilən hər bir formasının hüquqi mexanizmləri müəyyən olunmalıdır. Yalnız bundan sonra məsələ Azərbaycanda öz real həllini tapacaq".

İlahiyyatçı Elşad Miri isə bildirib ki, İslam dinində halal və haramlar bəllidir:

"Qurani-Kərimin 16 -cı surəsinin, 116-cı ayətində "dilinizə nə  gəldisə, o halal və ya haramdır söyləməyin" deyilir. Yəni “Maidə surəsi" nin” 90-cı ayətində nəyin haram olduğu bəllidir. Bu gün tibbin inkişafı ilə insanlarda olan çatışmazlıqları aradan qaldırmaq üçün süni mayalanma olursa və bu cütlüyün öz hüceyrələrindən əldə edilirsə, burada heç bir problem yoxdur. İslamda qəbul edilməyən daşıyıcı analıqdır. Çünki adı daşıyıcı olsa belə uşağı dünyaya gətirən qadın onun anasıdır". 

Qeyd edək ki, Milli Məclisin deputatı Siyavuş Novruzov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı "Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz" deyib.

Onun sözlərinə görə, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisə uzun illərdir təqdim olunub: 

“Ancaq bu sənədin milli mentalitetimizə uyğun olmadığını hesab edirəm. Çünki süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Düzdür, hüquqi, tibbi və teoloji nöqteyi-nəzərdən baxa bilərik, mən daha çox teoloji istiqamətdə baxıram. Əgər Allah qismət etməyibsə, əleyhinə getmək olmaz. Bunu parlamentdə müzakirə etməyin heç bir yeri yoxdur. Əgər başqa ölkələrdə bunu tətbiq edirlərsə, özləri bilərlər. Məsələn, Rusiyada bir nəfər 40 uşaq dünyaya gətirir, ancaq bunu Azərbaycanda tətbiq etmək olmaz”.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar