26 
iyn
2023
02:26
320

Bakıda “Yeganə” şadlıq sarayından çıxan yararsız məhsullar və saxta spirtli içkilər

26 iyn, 2023
02:26
320

Bakıda “Yeganə” şadlıq sarayından çıxan yararsız məhsullar və saxta spirtli içkilər -FOTOLAR

Bakıda restoranların birində iyrənc fakt aşkar edilib

"Den.az" xəbər verir ki, hadisə Yeganə şadlıq sarayında yaşanıb

Belə ki, restoranın sahibi iş adamı Akif Rəhimovdur. Akif Rəhimovun adı daha əvvəl bir neçə qalmaqallı cinayət işləri ilə gündəmə gəldiyi iddia edilir.

Sosial şəbəkə istifadəçiləri yazır ki, onun 17 yaşlı oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə ölümlə nəticələnən qəza törətmişdi. Qəzanı ilk dəfə Rəhimovların sürücüsünün törətdiyi bildirilsə də sonra həqiqət üzə çıxmışdı.

Akif RƏhimovun oğlu həbs edilib, ardınca məntəqətipli cəzaya məhkum edilən zaman isə məlum olmuşdu ki, Akif Rəhimov oğlunun törətdiyi qəzaya görə saxta ekspert rəyi almaq üçün 50 min manatdan çox rüşvət verib. Ondan rüşvət alan müstəntiq ölkədən qaçıb, köməkçisi isə həbs edilib.

Yeganə Palace” MMC-nin vergiyə də 57 min manat borcu olub.

“Yeganə” MMC barəsində daha əvvəl İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokol tərtib edilib.





Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar