Xəbərin Kateqoriyası: Videolar (Film və Serial) / Xəbərlər

2 saylı doğum evində bazar:“Pul ver, uşağın cinsiyyətini deyim” - VİDEO

”Pul ver, uşağın cinsiyyətini deyim”

Den.az azfakt.com saytına istinadən xəbər verir ki, Sabunçu rayon, 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında hamilə qadınlardan rüşvət tələb olunduğunu özündə əks etdirən videogörüntülər yayılıb
 
Doğum evinin müdirəsi Mehriban Abasquliyeva sözün həqiqi mənasında bazar açıb. Belə ki, sözügedən tibb ocağında ana olmaq istəyənlər əsl soyğuna məruz qalır. Onlara palatadan tutmuş, dərmana qədər hər şey satılır.
 
Qeyd edək ki, Abasquliyevanın təlimatı əsasındə hətta kiçik tibb bacısı belə xəstənin yanından «ver görüm» demədən keçə bilməz. Məlumata görə, 2 saylı Doğum Evində palatalar iki yerə bölünür. Birinci yerə adi palatalar aiddir ki, onun üçün elə də pul tələb olunmur. Amma ikinci yerə daxil olan VİP palatalar isə tam komfortludur. «Divarda televizor, küncdə soyuducu, yumuşaq döşək sərilmiş çarpayı, uşağın rahat yatması üçün beşik, kondisioner və sairə. Hərçənd bu otaqlara baxan tibb bacıları xəstələrin «dərisini soymaq»dan xüsusi həzz alırlar. Çünki 1-ci dərəcəli palatada hər hansı bir xidmət üçün 1-2 manat istəyirlərsə, digərində bu rəqəm 5 manatdan başlayır. Otağın həftəlik qiyməti isə 150 manatdır».
 

Mehriban Abbasquliyeva həm də Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədridir. Baş həkimin qanuna sığmayan işlərindən söz açan mənbə bildirdi ki, Mehriban Abbasquliyevanın qılıncının arxası də kəsir, qabağı da: “Baş həkim YAP-ın Sabunçu rayon təşkilatının sədri olmasından necə lazımdırsa "istifadə" edir. Bu adamın arxasında kim dayanıb bilmirəm, amma özündən çox arxayındır” Bundan başqa bu yaxınlarda Sabunçu rayonu 2 saylı doğum evinin Qadın Məsləhətxanasında baş verənlər isə xəstə yaxınlarının kameralarından yan keçməyib. Sosial şəbəkədə kütləvi yayılan video görüntülərin subutu onu deməyə əsas verir ki, Mehriban Abasquliyevanın rəhbərlik etdiyi 2 saylı doğum evində heç bir qanun işləmir. Vətəndaşların yaydıqları videoda açıq-aydın görünür ki, ilk növbədə xəstələri mülayim şəkildə qəbul edənlər daha sonra rüşvətin pik həddini sınaqdan keçirməkdədirlər.
 
Belə ki, paylaşılan video kadrlarda xəstələrə bağlı qapı arxasında göstərilən xidmətdən dərhal sonra, xidmət haqqı tələb edilməkdədirlər. Qanunsuzluğun tuğyan etdiyi 2 saylı doğum evində hamilə qadınların övladının cinsiyyətinin deyilməsi nazirlik tərəfindən qadağa edilməsinə baxmayaraq rüşvət qarşılığında yüksək xidmət adı altında qanunu tapdamaq 2 saylı Doğum Evinin əməkdaşları üçün adı hal hesab edilməkdədir. ”Pul ver, uşağın cinsiyyətini deyim” deyərkən gün ərzində yüksək məbləğlər toplanmaqdadır.

Maraqlıdır ki, Səhiyyə Nazirliyi yayılan görüntülərə münasibət bildirməyib.



скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız