23 
may
2023
21:17
244

SUMQAYITDA YÜKSƏK GƏRGİNLİKLİ ELEKTRİK DİRƏYİ EVLƏRİN BİR METRLİYİNDƏ QURAŞDIRILMASI POTENSİAL TƏHLÜKƏYƏ ÇEVRİLİB- FOTO VİDEO

23 may, 2023
21:17
244

SUMQAYITDA YÜKSƏK GƏRGİNLİKLİ ELEKTRİK DİRƏYİ EVLƏRİN BİR METRLİYİNDƏ QURAŞDIRILMASI POTENSİAL TƏHLÜKƏYƏ ÇEVRİLİB- FOTO VİDEO


Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi gecə qondu məhəlləsi adlanan ərazidə yaşayan sakinlər ciddi təhlükə ülə üz üzə qalıb. Belə ki, yaşayış evlərinin bir metrliyində yüksək gərginlikli elektrik xətti çəkilməklə dirəklər quraşdırıb. Ancaq quraşdırılan estakada hər an yaşayış evlərinin üstünə uça bilər.

Bu barədə həmin ərazidə yaşayan Səbuhi Həsənov adlı sakin bildirib. Onun sözlərinə görə, ərazidə işi Azərenerji ASC-i görür . Yaşayış evlərinin yaxınlığında yeni obyekt tikildiyindən, onlarda həmin əraziyə düşən Yüksək Gərginliklə Elektrik dirəyinin yerini dəyişdirmək qərarına gəliblər. Ancaq quraşdırılan estakada təhlükəli həddə çatıb. Sakinlərin həyatı heçə sayılıb. Estakadanın dirəkləri tam bağlanmayıb. Amma iş bitmiş hesab edilib və çıxıb gediblər. Bu hal hansısa bədbət hadisəyə yol aça bilər.

Məlumata üçün bildirək ki, ərazidə işi Azərenerji ASC-nin Sumqayıt şəhər Yüksək Gərginlikli Elektrik Şəbəkə MMC görüb.

DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar