DEN.AZ Hadisə Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi – FOTO

Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi – FOTO

639
0

II Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib.

DEN.AZ xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Aminin yaxın qohumu Çinarə Əliyeva deyib.

O bildirib ki, məktubu ailəyə Beynəlxalq Qırmızı Xaç Komitəsi təqdim edib:

“Qırmızı Xaç Komitəsi məktub istəmişdi. Ailə də yazıb göndərdi. Dünən isə məktubumuza cavab aldıq. Məktub Aminin öz xətti ilə yazılıb”.

Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib.

SİZİN FİKİRLƏRİNİZ BİZİM ÜÇÜN ÇOX ÖNƏMLİDİR

Şərhinizi daxil edin!
Buraya adınızı daxil edin