DEN.AZ Həyat Tərzi Böyük Britaniyada gün ərzində koronavirusa yoluxanların sayı 50 mini keçib

Böyük Britaniyada gün ərzində koronavirusa yoluxanların sayı 50 mini keçib

676
0

Birləşmiş Krallığın Səhiyyə Nazirliyinin məlumatına görə Britaniyada gün ərzində COVİD-19-a yoluxanların sayı 54 990 nəfər, ölənlərin sayı isə 454 nəfər olub. 

“Ria Novosti”nin məlumatına görə, pandemiya başlayandan bu günə kimi ümumi yoluxanların sayı 2 654 779, ölənlərin sayı isə 75 024 nəfər olub. 

Hökumət virusun yeni ştammı səbəbi ilə İngiltərənin bəzi bölgələrində məhdudlaşdırmalara gedib. Bəzi ərazilərdə isə məhdudlaşdırma barədə xəbərdarlıq edilib. 

İngiltərənin bir neçə şəhərində vəziyyət kritikdir. Belə ki, xəstəxanalar demək olar, doludur. Məhz bu səbəbdən Londonun şərqində yerləşən müvəqqəti tibb ocağı xəstələrin qəbuluna başlayacaq. 

Bütün paytaxt məktəblərində 18 yanvara kimi məktəblər məsafədən təhsil sisteminə keçəcək. Ola bilsin ki, təhsilin məsafədən idarə olunması bütün İngiltərə ərazisində tətbiq edilsin. 

Maksimum məhdudlaşdırma Uels, Şotlandiya və Şimali İrlandiyada tətbiq edilib. 

SİZİN FİKİRLƏRİNİZ BİZİM ÜÇÜN ÇOX ÖNƏMLİDİR

Şərhinizi daxil edin!
Buraya adınızı daxil edin