DEN.AZ Həyat Tərzi Əmək Məcəlləsinə köklü dəyişikliklər ediləcək – RƏSMİ

Əmək Məcəlləsinə köklü dəyişikliklər ediləcək – RƏSMİ

11
0

“Əmək Məcəlləsinə çox geniş dəyişiklik layihəsi hazırlanıb”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib.

O bildirib ki, artıq əksər dövlət qurumları ilə dəyişikliklərin müzakirəsi yekunlaşdırılıb:

“Eləcə də Həmkarlar İttifaqı Konfederasiyası, Sahibkarlar Təşkilatları Milli Konfedarasiyası və digər sosial tərəfdaşlarımızla müzakirələr aparılır. Onların rəyləri də alınıb”.

Nazirin sözlərinə görə, Əmək Məcəlləsinə dəyişikliyin 11 maddəsi məhz əməyin mühafizəsi ilə bağlı məsələləri əhatə edir. 

Sahil Babayev əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Əməyin Mühafizəsi Fondunun da əsas məqsədi İcbari Sığorta Bürosu ilə birgə iş yerlərində bədbəxt hadisələrdən sığortalanma məsələlərinin tam şəkildə tətbiqinin təmin edilməsinə yönəlib.

Nigar Məmmədova

SİZİN FİKİRLƏRİNİZ BİZİM ÜÇÜN ÇOX ÖNƏMLİDİR

Şərhinizi daxil edin!
Buraya adınızı daxil edin