DEN.AZ Siyasət Bayden müttəfiqlərini İran və Şimali Koreya ilə mübarizəyə cəlb edəcək

Bayden müttəfiqlərini İran və Şimali Koreya ilə mübarizəyə cəlb edəcək

9
0

ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Şimali Koreya və İranın nüvə proqramı ilə bağlı təhdidlər məsələsində müttəfiqləriylə sıx əməkdaşlığa hazırlaşdığını açıqlayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, İranın və Şimali Koreyanın nüvə proqramı Birləşmiş Ştatlar və dünyanın təhlükəsizliyi üçün ciddi təhlükə təşkil edir.

Co Bayden həmçinin Çin lideri Si Szinpinlə söhbəti barədə danışıb. O, söhbət zamanı rəqabəti alqışladığını və konflikt axtarmadığını, lakin bütün məsələlərdə ABŞ-ın maraqlarını qoruyacağını bildirib.

SİZİN FİKİRLƏRİNİZ BİZİM ÜÇÜN ÇOX ÖNƏMLİDİR

Şərhinizi daxil edin!
Buraya adınızı daxil edin