DEN.AZ İdman “Beşiktaş” rəqibini darmadağın etdi

“Beşiktaş” rəqibini darmadağın etdi

5
0

Futbol üzrə Türkiyə çempionatının 39-cu turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Hatayspor”u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları 7:0 hesabı ilə məğlub edib. İstanbul təmsilçisinin qollarını Babayide David (öz qapısına, 2-ci dəqiqə), Kayl Larin (11, 14, 55, 65), Georges Kevin Nkoudou (38) və Rıdvan Yılmaz (44) vurublar.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 81 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 73 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 72 xala malik olan “Qalatasaray” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

SİZİN FİKİRLƏRİNİZ BİZİM ÜÇÜN ÇOX ÖNƏMLİDİR

Şərhinizi daxil edin!
Buraya adınızı daxil edin