DEN.AZ Həyat Tərzi Taleh Yüzbəyov Azərbaycan könüllülərini təbrik etdi – FOTO

Taleh Yüzbəyov Azərbaycan könüllülərini təbrik etdi – FOTO

211
0

AFFA könüllülərinin iştirakı ilə 5 dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn konfrans keçirilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda il ərzində xüsusi fəallığı ilə seçilən 339 ən aktiv könüllü iştirak edib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxışına konfrans iştirakçılarını Vətən Müharibəsindəki qələbə münasibətilə təbriklə başlayıb. Eyni zamanda, 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətlə konfrans iştirakçılarını təbrik edən E.Məmmədov AFFA könüllülülərinin 11 illik fəaliyyətini yüksək dəyərləndirib.

O qarşıda gözlənilən böyük tədbirləri, könüllülərin işinin hər zaman AFFA-nın diqqətində olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra AVRO-2020-nin könüllülərinin səfiri olan aktyor və videobloger Taleh Yüzbəyov çıxış edərək könüllüləri 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, qarşıdakı günlərdə il ərzində aktiv könüllülərə könüllülər günü ilə əlaqədar sertifikatlar təqdim olunacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin