21 
may
2023
01:49
329

O MƏNƏ DEMİŞDİ Kİ, QAYIDACAQ ...

21 may, 2023
01:49
329

O MƏNƏ DEMİŞDİ Kİ, QAYIDACAQ ...

SARAY QƏSƏBƏSİNDƏ ŞƏHİD VİDADİ ZALOVUN 40 MƏRASİMİ KEÇİRİLİB












[/center]

2023-cü il aprelin 11-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması və qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olan Vidadi Zalovun doğulub boya başa çatdığı Abşeron rayon Saray qəsəbəsində 40 mərasimi keçirilib. Saray qəsəbə şəhidlər xiyabanında keçirilən mərasimində Vidadi Zalovun ailə üzvləri, yaxınları, şəhid ailə üzvləri, Müdafiə Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də yaxından iştirak ediblər.
Bildirilib ki, Vidadi Zalov ali təhsil aldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərib. Sonra isə Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılıb, kursları bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qayıdıb. Dörd ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Azərbaycan Ordusunun kiçik çavuşu olan Vidadi Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və fərqlənib. Aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlhamın Əliyevin sərəncamı ilə Vidadi Zalov bir neçə medallara layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi iştirakçısı Vidadi Zalov 11 aprel 2023-cü ildə Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olub.

Nizami Rəsulov

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar