Sizin reklam burada
26 
may
2023
00:32
7
reklamlar

Mayın 31-dək yağıntılı hava olacaq - XƏBƏRDARLIQ

26 may, 2023
00:32
7

Mayın 31-dək yağıntılı hava olacaq - XƏBƏRDARLIQ

Mayın 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Den.az APA-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bizimlə əlaqə saxlayın