
Göygöldə selin apardığı deyilən adamlarla bağlı polis açıqlama yaydı. Axtarışlar davam edir

Göygöldə selin apardığı deyilən adamlarla bağlı polis açıqlama yaydı. Axtarışlar davam edir
Göygöldə baş verən sel fəlakəti zamanı ölən və itgin düşənləır var. Bu barədə Göygöl polis şöbəsindən məlumat verilib. Den.az saytına Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovun verdiyi məlumata görə ki, dərhal rayon polis şöbəsinin əməkdaşalrı hadisə yerinə çıxıblar. Nəqliyyatda yarnmış sıxlığın aradan qaldırılması , vətəndaşların sel axınından çıxarılması, mal qaranın və digər müklərin zərər görməməsi üçün təxirə salınmaz operativ tədbirlər həyata keçirilir.
Bundan başqa Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 3 nəfər şəxs Vüsal Həziyev, Turac Məmmədova və Vüsalə Həziyeva seldən xilas edilib. Onların bədən xəsarətləri üçün ilkin tibbi yardım göstərilib. Daha sonra Göygöl polis şöbəsinə daxil olan məlumat əsasında 2001-ci il təvəllüdlü İbrahim Qurbanov və 1954-cü il təvəllüdlü Muxtar Hüseynovun sel axınına düşərək itgin düşməsi ilə bağlı axtarışlar həyata keçirilib. Gəncə şəhər BPİ-nə və Göygöl polis şöbəsinə daxil olan məlumata görə səhər saatlarında Muxtar Hüseynov və İbrahim Qurbanovun meyitləri Gəncə çayının sahilində aşkarlanıb. Dərhal polis əməkdaşları hadisə yerinə gəlib, hər iki şəxsin meyitlərini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Hazırda araşdırmalara davam etdirilir