Sizin reklam burada
27 
may
2023
01:47
32
reklamlar

Külək, yağış “Nur şəhəri”-ni işıqsız qoydu,küçələrdən sel axdı. Mingəçevirdə güclü sel..

27 may, 2023
01:47
32

Külək, yağış “Nur şəhəri”-ni işıqsız qoydu,küçələrdən sel axdı. Mingəçevirdə güclü sel.. - FOTO

Güclü yağış, əsən külək Mingəçevirdə də fəsadlar törədib.

Den.az-ın yerli bürosu xəbər verir ki, Şəhərin Heydər Əliyev prospekti,Rəsul Rza küçəsi və digər hissələrində sel suları avtomobillərin, piyadaların hərəkətini çətinləşdirib. Şəhərin Rəsul Rza küçəsinə dolan sular həmin küçədə yerləşən Texniki Humanitar liseyin qarşısını keçilməz edib. Oradan hərəkət edən sakinlər bildirib ki,küçədən suya qərq olaraq keçə bilirlər. Həmin ərazidə yaranmış çətinliyi aradan qaldırmaq üçün adiyyatı qurumların canlı qüvvəsi və texnikaları cəlb edilib. Küləklə müşahidə edilən yağış “Nur şəhəri” nin bir hissəsini elektrik enerjisiz də qoyub. Şəhərin Energetiklər yaşayış məntəqsində enerji verilişində fasilələr yaranıb. Sakinlər bunu elektrik xəttlərində yaranan nasazlıqla əlaqəli olduğunu bilidiriblər. Qeyd edək ki,bölgədə qeyri-sabit hava şəraiti davam edir.













Den.az

Bizimlə əlaqə saxlayın