
Şəhid olan polis əməkdaşlarından biri bu tanınmış teleaparıcının qaynı imiş -FOTO

Şəhid olan polis əməkdaşlarından biri bu tanınmış teleaparıcının qaynı imiş -FOTO
Məlum olduğu kimi, bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə 7 polis əməkdaşı həlak olub, daha 6-sı yaralanıb.
Şəhid olan polis əməkdaşlarından biri 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu XəzərXəbərin aparıcı redaktoru Azər Teymurlunun qaynıdır.
"Den.az" xəbər verir ki, bu baradə jurnalistin özü məlumat verib. Qeyd olunub ki, şəhidin nəşi vida üçün hazırda Sumqayıt şəhərinə gətirilir.
Məlumat üçün bildirək ki, saat 01 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan bir qədər sonra Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı həlak olub. Saat 04:30 radələrində DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub.
Beləliklə, baş vermiş qəzada 3, terrorda 4 nəfər olmaqla, ümumilikdə 7 polis əməkdaşı həlak olub.