23 
sen
2023
01:21

146
Yuxarı
Albert Aqarunovun vurduğu tank Hərbi Qənimətlər Parkında

23 sen, 2023
01:21
146
Albert Aqarunovun vurduğu tank Hərbi Qənimətlər Parkında - FOTO VİDEO
Xəbər verdiyimiz kimi, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “qələbə” simvolu kimi qoyulan tank abidəsi götürülüb.
"Den.az" xəbər verir ki, həmin tank 31 ildən sonra bu gün Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, sözügedən tank Şusaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.
Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankını bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar