
Ukrayna-Rusiya və İsrail-Həmas müharibəsi nə ilə nəticələnəcək? - ŞOK DETALLAR

Ukrayna-Rusiya və İsrail-Həmas müharibəsi nə ilə nəticələnəcək? - ŞOK DETALLAR
"Rusiya-Ukrayna arasında müharibə davam edir. Dünyanın diqqətini Həmas-İsrail müharibəsi özünə çəksə də, iki regionda savaş dünyanın siyasi nizamına təsir edir. İsrail-Həmas arasında müharibə genişlənə və proses İrana qarşı yeni cəbhənin açılması ilə nəticələnə bilər. Artıq Rusiyaya hərbi cəbhə açıldığı kimi İrana da müdaxilənin gündəmə gəlməsi mümkündür. Çünki, Rusiyadan sonra hədəf İrandı".
Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Rusiya Ukraynada yeni ərazilər işğal edə bilmir: "Ukraynanın intensiv əks-hücumları Kremli ciddi şəkildə zəiflədir. Cəbhədə irəliləyişlərin olmadığını Putin də qeyd edir. ABŞ başda olmaqla kollektiv Qərb Rusiyanı zəiflətdiyi kimi, İranı da hədəf taxtına qoyur. Fransa Cənubi Qafqazda Ermənistan vasitəsilə Rusiyanı sıxışdırır. Qeyd edim ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, yeni geosiyasi nizamı yaradıb. Almaniya Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirir. Həmçinin Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətində ciddi irəliləyişlər əldə edir. Rusiyanın təsiri kifayət qədər azalmaqdadır. Ukraynadan başlanılan müharibə Yaxın Şərqdə davam edir".
Politoloqun sözlərinə görə, Şərqi Avropa və Yaxın Şərq dünya siyasi sistemində həlledici mərkəzdir: "Hər iki regionda Rusiya-İran tandeminə qarşı ABŞ başda olmaqla, Qərb koalisiyası fəaliyyətə keçir. Nəticədə İsrail vasitəsilə İran, Ukraynada isə, Rusiya sıxışdırlır. Ukrayna-Rusiya, İsrail-Həmas müharibəsi Moskva və Tehranın neytrallaşdırılması ilə nəticələnəcək", - deyə politoloq fikirlərini tamamlayıb.
Günəş Fərəh,
Den.az