noy
2023
13:36
158

SUMQAYITDA 8 NOYABR "ZƏFƏR GÜNÜ" MÖHTƏŞƏM ŞƏKİLDƏ QEYD EDİLİB-FOTO/VİDEO

8 noy, 2023
13:36
158

SUMQAYITDA 8 NOYABR "ZƏFƏR GÜNÜ" MÖHTƏŞƏM ŞƏKİLDƏ QEYD EDİLİB-FOTO/VİDEO

Sumqayıt şəhərində "Zəfər Günü" ilə bağlı silsilə tədbirlər keçirilib. 

"Den.az" xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Hərbi parad təşkil edilib. Parad şəhidlər xiyabanına qədər davam edib. Keçirlən ümumşəhər tədbirində şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Abidə kompleksi ziyarət edilib. Ününə gül qoyulub. Vurğulanıb ki, bu gün ölkəmizin tarixində ən şərəfli, ən əlamətdar bir gündür. İkinci Qarabağ müharibəsində qazanılan böyük Qələbə xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən bu Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaratdı. Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu, məğlubiyyət damğasını üzərimizdən götürdü. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada qalib dövlət, qalib xalq kimi tanındıq. Xalqımızın intizarında olduğu bu tarixi reallığın müəllifi Prezidentimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Tədbir çərçivəsində həm birinci Qarabağ müharibəsi , həm də ikinci Qarabağ müharibəsi zamanı şəhid olanların məzarı ziyarət olundu. 

Daha sonra Sumqayıt şəhər bulvarında ağac əkmə aksiyası təşkil edilib. Tədbirdə ümumilikdə 10 mindən çox ağac əkilib. Qazilərlə edilən söhbətdə vurğulanıb ki, ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Hərbçilərimiz döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, torpaq uğrunda mübarizə necə olur. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı. Məlulat üçün bildirək ki, Zəfər Günü münasibətilə şəhərdə axşam saatlarında konsert proqramı təşkil ediləcək.

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar