
Sumqayıtda Vətən müharibəsi əlilləri ayağa qalxdı: SƏKİNƏ SADIQOVA BİZƏ QAN UDDURUR-VİDEO

Sumqayıtda Vətən müharibəsi əlilləri ayağa qalxdı: SƏKİNƏ SADIQOVA BİZƏ QAN UDDURUR-VİDEO
Bir qrup Vətən müharibəsi qazisi, Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsin direktorunun fəaliyyətindən narazıdı.
Bu barədə Den.az-a açıqlamasında 3-cü qrup Vətən müharibəsi Əlilləri Pərvin Abdullayev və Əfəndi Balacov bildiriblər.
Onların sözlərinə görə, son vaxtlar Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovanın qəbuluna düşə bilmirlər. Xəstəxanalarda rüşvət halları artıb. Təcili Tibbi Yardımda çalışan sanitarların əksərriyəti Vətən müharibəsi iştirakçılarıdı. Ancaq buna baxmayaraq gecə növbəsində işlədikləri üçün ödənilən əlavə ödəniş qeyri qanuni olaraq kəsilib.
Bundan əlavə Şəhid və Qazi ailə üzvlərinin övladları dünyaya gələrkən, onlardan xidmət haqqı tələb olunur. Tibbi arayışlar pulla təqdim edilir. Etiraz ediləndə isə, tibb işçiləri tapşırığın Səkinə Sadıqova tərəfindən verildiyini deyirlər.
Daha ətraflı reportajdan izləyə bilərsiniz: