Sizin reklam burada
24 
may
2023
19:27
91
reklamlar

İnam Kərimovun qardaşı Elm və Təhsil nazirliyində yüksək vəzifəyə gətirildi -FOTO

24 may, 2023
19:27
91

İnam Kərimovun qardaşı Elm və Təhsil nazirliyində yüksək vəzifəyə gətirildi -FOTO -FOTO

Mətin Kərimli Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri təyin olunub

Mətin Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib. 2000–2001-ci illərdə Fransanın Strasburq Universitetində Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2012-ci ildə Harvard Universitetini dövlət idarəetməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında Nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2014-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. 2020-ci ilin yanvar ayından Beynəlxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub.

İngilis, fransız, rus və ispan dillərini bilir.
Evlidir, 3 övladı var.
#Mətin_Kərimli, Azərbaycan Respublikasının Ali Məhkəməsi nin sədri #İnam_Kərimov un qardaşıdır.

Xeyirli, uğurlu olsun!
DEN.AZ

Bizimlə əlaqə saxlayın