23 
may
2023
08:37
408

Azərbaycanda Ana , azyaşlı oğlu ilə özünü dənizə atıb

23 may, 2023
08:37
408

Azərbaycanda Ana , azyaşlı oğlu ilə özünü dənizə atıb - FOTO













Bakıda Ana, öz oğlu ilə birgə intihara cəhd edib. Qadın əvvəlcə uşağı dənizə atıb. Sonra özü intihara cəhd edib. Xoşbəxtlikdən yaxınlıqda olan insanların və əraziyə cəlb olunan Polis əməkdaşlarının sayıqlığı nəticəsində hər iki nəfər boğulma anından xilas oluna biliblər. Uşaq və ana sudan çıxarılıb. İlkin tibbi yardım göstərilib. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz Facebook social şəbəkəsində paylaşım edib.
Paylaşımını olduğu kimi təqdim edirik:
Ana bala...
Dünən qadın əvvəl övladını, sonra özünü dənizə atıb. Hamı qadını qınayır...Övladını belə özü ilə aparmaq istəyirsə, deməli, bu dünyada etibar edəcəyi, güvənəcəyi biri yoxdur...Şükür ki, sağdırlar... Harda olduqlarını bilmirəm,dəstək olmaq istəyirəm. Qadını tanıyan varsa mənimlə əlaqələndirsin...
DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar