14 
iyn
2023
21:49
183

Azərbaycanın bir güləşçisi Avropa çempionu olub, digəri bürünc medal qazandı

14 iyn, 2023
21:49
183

Azərbaycanın bir güləşçisi Avropa çempionu olub, digəri bürünc medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Əli Seyidəlili Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.
Den.az-ın məlumatına görə, 51 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə belaruslu Maksim Zaxarova 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında final görüşünə çıxıb.
45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Rustem Abatsiyevi sınağa çəkib.
Rəqibinə 7:4 hesabı ilə qalib gələn Daşdəmirov qitə çempionu olub.
Bu gün həmçinin Əli Seyidəlili (51 kq) və Nurlan İbadzadə (60 kq) bürünc medal görüşünə çıxacaqlar.
Qadın güləşçilərdən isə Ruzanna Məmmədova (57 kq) yarımfinalda polşalı Suzanna Horbiki 5:1 hesabı ilə məğlub edib. O, iyunun 15-də finalda macarıstanlı Sofi Ritterlə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq) Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) Avropa üçüncüsü olublar.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar