Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli söz ustadı Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının imzaladığı sərəncama əsasən Məhəmməd Füzuliyə həsr edilən silsilə tədbirlər keçirilir.
"Den.az" xəbər verir ki, növbəti belə tədbir Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhəri 8 nömrəli tam orta məktəbdə təşkil edilib.
Tədbirdə Məhəmməd Füzulinin çoxcəhətli bədii fəlsəfəsindən, Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdən bəhs edilib.
6-cı sinif şagirdləri üçün təşkil edilən bilik yarışmasında şairin qəzəllərindən parçalar səsləndirib, eləcə də müxtəlif səpkili sullar cavablandırılıb.Qalib olan komnadlar Fəxri fərmanla mükafatlandırılıb. Həmçinin 1-ci yeri layiq görülən şagirdlərə kubok təqdim edilib.
Tədbirdə Abşeron Təhsil Şöbəsinin əməkdaşı , şəhid anası Könül Nəcəfzadə çıxış edərək, təşkil edilən yarışı çox yüksək qiymətləndirib. Bildirilib ki, "Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaradıb, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılıb və müəllifinə böyük şöhrət qazandırıb".
Vurğulanıb ki, Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırıb.
Qeyd edək ki, Məhəmməd Füzulinin 530 illiyinə həsr edilən tədbirlər Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə silsiləli formada davam edir.
Şahnaz Əliyeva
Den.az
Xırdalanın bu məktəbində Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş bilik yarışması keçirilib-FOTO/VİDEO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.