25 
may
2023
09:18
315

Zərdabda yaşlı qadın özünü niyə öldürüb?

25 may, 2023
09:18
315

Zərdabda yaşlı qadın özünü niyə öldürüb?

Zərdabda intihar hadisəsi olub. 64 yaşlı qadın intihar edib.

Den.az-ın yerli bürosunun xəbərinə görə, hadisə mayın 24-də rayon ərazisində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Zərdab şəhər sakini Xəlilova Güldəstə Hümmət qızı yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən çardağın damından özünü asıb. Onun meyitininin yaxınları tərəfindən aşkar edildiyi bildirilir

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar