16 
iyn
2023
14:26
160

Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI - Bu fənn qəbul imtahanlarına salınacaq?

16 iyn, 2023
14:26
160

Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI - Bu fənn qəbul imtahanlarına salınacaq?

2022-2023-cü tədris ili mövsümündən etibarən məktəblərdə “Təbiət” fənninin tədrisinə başlanılıb.

Sözügedən dərs “Həyat bilgisi” fənninin yerinə alternativ olaraq məktəblərdə dərs proqramlarına daxil edilib. Bəs görəsən bu fənnin gələcəkdə buraxılış və qəbul imtahanlarına daxil edilməsi nəzərdə tutulurmu? Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən Den.az-ın sorğusuna cavab olaraq məlumat verilib.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə əsasən, ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlərin siyahısında ümumi orta təhsil səviyyəsindən “Həyat bilgisi” fənni çıxarılaraq “Təbiət” fənni əlavə edilib. 
2022-2023-cü dərs ilində ölkənin bütün V siniflərində “Təbiət” fənni tədris olunb. 2023-2024-cü dərs ilində bütün VI siniflərdə “Təbiət” fənninin tədrisinin davam etdirilməsi nəzərdə tutulur. Təbiət fənlərinin şagirdlər tərəfindən effektiv mənimsənilməsi üçün zəruri olan ilkin bilikləri və əsas proses bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan bu fənn VII siniflərdə tədris olunacaq “Fizika”, “Kimya” və “Biologiya” fənlərinə keçid xarakteri daşıyır. 
 
“Fizika” və “Biologiya” VI siniflərdə ayrıca fənn kimi olmasa da, “Təbiət” fənninin məzmununa “Fizika”, “Kimya” və “Biologiya” fənləri üzrə ilkin biliklər daxil edilib. Məlumdur ki, uyğun elm sahələrinin müəyyən müstəvidə əlaqələndirilməsi və vahid formada təqdim olunması təlim marağını yaradan başlıca vasitələrdəndir. Fənlərarası inteqrasiya nəticəsində tədris materialının yığcamlığı təmin edilir, təkrara yer verilmir, şagirdlər artıq yüklənmir və tədris vaxtına qənaət edilir. Onlar az vaxt içərisində çox, həm də bir-biri ilə üzvi əlaqədə formalaşmış biliklər əldə edirlər. 
Bu səbəbdən inteqrativ məzmunlu “Təbiət” fənninin tədris planına daxil edilməsi şagirdlərin gələcəkdə təbiət elmləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsinə təsiri müsbət olacaqdır”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar