22 
iyn
2023
10:00
172

İlkinlə bağlı hökmdən şikayət verildi

22 iyn, 2023
10:00
172

İlkinlə bağlı hökmdən şikayət verildi

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı amansızlıqda öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovla bağlı hökmdən apellyasiya şikayəti verilib.

Den.az xəbər verir ki, şikayət ərizəsində təqsirləndirilən şəxsin verilmiş ittihamlarla əlaqəsinin olmadığı, məhkəmə istintaqı müddətində bunu təsdiqləyən sübutlar ortaya qoyulduğu qeyd edilib.

Vəkillər üst məhkəmədən İlkin Süleymanov barəsindəki ittihamedici hökmün ləğv edilməsini, bəraət qərarı çıxarılmasını xahiş ediblər.

Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması iyunun 5-də başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il azadlıqdan məhrum edilib.//Qafqazinfo

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar