Xəbərin Kateqoriyası: Xəbərlər

Britaniya “Noviçok”un Rusiya mənşəli olduğunu sübut edə bilmədi

 

Britaniyanın Porton-Daun kimya laboratoriyasının mütəxəssisləri keçmiş rusiyalı casus Serqey Skripalın zəhərlənməsində istifadə olunan “Noviçok” fəsiləsindən olan sinir-paralitik maddənin Rusiya mənşəli olduğunu sübuta yetirə bilməyib.

Oxu.Az xəbər verir ki, bu barədə “Lenta.ru” Britaniya mətbuatına istinadən məlumat yayıb.  

Laboratoriyanın rəhbəri bildirib ki, ekspertlər ümumiyyətlə “Noviçok”un hansı yolla Britaniya ərazisinə daxil olduğunu müəyyən edə bilməyib.

Britaniyada siyasi sığınacaq almış keçmiş rusiyalı kəşfiyyat polkovniki Skripal və onun qızı Yuliya martın 4-də Soslberi şəhərinin ticarət mərkəzi yaxınlığında, skamyada huşsuz vəziyyətdə aşkarlanıb.

Aparılan müayinədən sonra onların sinir sistemini iflic edən “Noviçok” maddəsi ilə zəhərləndiyi müəyyən edilib. Britaniya hökuməti həmin maddənin Rusiyada istehsal olunduğunu bildirərək, keçmiş casusun zəhərlənməsinə görə birbaşa Moskvanı ittiham edir.

Rusiya bu ittihamları rədd edərək, 2017-ci ildə bütün kimyəvi silahlarını məhv etdiyini açıqlayıb.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız