iyn
2023
13:12
525

Qobu qəsəbə 11 saylı körpələr evi-uşaq bağçasında Ulu Öndər H.Əliyevin 100 illiyinə həsr edilən “Mən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM” adlı tədbir keçirilib

8 iyn, 2023
13:12
525

Qobu qəsəbə 11 saylı körpələr evi-uşaq bağçasında Ulu Öndər H.Əliyevin 100 illiyinə həsr edilən “Mən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM” adlı tədbir keçirilib - FOTO VİDEO













Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Qobu qəsəbə 11 saylı körpələr evi-uşaq bağçasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd edilib. 

“Den.az” xəbər verir ki,qəsəbə sənətkarlıq evində təşkil edilən tədbirdə, Təhsil işçiləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak edib. 

Əvvəlcə Ulu Öndərin və Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbir haqqında ətraflı məlumat verilib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, çıxış edərək bildirib ki, tərbiyənin əsas məqsədi kamil şəxsiyyət, insan, vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, onun mənafeyini gözləyən, təhlükəsizliyi üçün məsuliyyət daşıyan insan yetişdirmək deməkdir. Müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi və ictimai tərbiyə işinin səmərəliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyə işinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı  stimullaşdırmaq vacib milli-psixoloji məsələdir. Heydər Əliyev də məhz təhsilə,mədəniyyətə, ədəbiyyata, incəsənətə və digər sahələrə böyük dəyər verirdi. Bildirildi ki, Ulu Öndər dünya miqyasında tanınan və sevilən bir şəxsiyyət, türk dünyasının fəxri idi. Onun dahiliyi savadında, elmində və imanında idi. Hər bir sahənin mütəxəssislərinə məsləhətlər verirdi.  Tədbirdə təhsil işçiləri və qonaqlarla görüşündən məmnunluğunu ifadəe dən Regional Təhsil idarəsinin müdiri hər kəsə gələcək işlərində uğurlar arzulayıb.  Daha sonra söz uşaq bağçasının körpə fidanlarına verilib. Balacalar Ulu Öndərə, Vətənimizə, bayrağımıza aid şeirlər şöyləyib, mahnılar ifa ediblər. 

Den.az

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar