iyn
2023
21:14
307

Cəlilabadda 14 ton ot bağlaması yanıb

8 iyn, 2023
21:14
307

Cəlilabadda 14 ton ot bağlaması yanıb FOTO


Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. 

Den.az xəbər verir ki,hadisə rayon sakini, 1933-cü il təvəllüdlü G. Malıyevaya məxsus təsərrüfatda qeydə alınıb. 

Yanğın nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan talvarın yanar konstruksiyaları və altına yığılan 22 ton ot bağlamasının 14 tonu yanıb. 

Ot bağlamalarının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunaraq söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar