Xəbərin Kateqoriyası: Xəbərlər

“Facebook Messenger”də yazışmalar izlənilir

 

“Facebook Messenger”də istifadəçilərin paylaşdığı linklər və şəkillər yoxlanılır. Eyni zamanda  moderatora şikayət daxil olduqdan sonra yazışma təhlil olunur və şirkətin qaydalarını pozan istifadəçinin hesabı ən yaxşı halda bloklanır, ən pis halda isə ümumiyyətlə bağlanır.

Oxu.Az “Bloomerg”ə istinadən xəbər verir ki, şirkət rəhbərliyi belə bir praktikanın mövcud olduğunu təsdiqləyib.

Sosial şəbəkənin təsisçisi bu yaxınlarda verdiyi müsahibələrin birində, “Messenger”də Myanmada müsəlmanlara qarşı etnik təmizləmə ilə əlaqədar “sensasiyalı məlumatların” ötürüldüyünü faktının aşkarlandığını bildirib. Onun sözlərinə görə “Facebook” sistemi bu məlumatları bloklayıb.

Zukerberqin bu bəyanatı  bir sıra istifadəçilərin narahatçılığına səbəb olub. Onlar sosial şəbəkənin yazışmaları nə dərəcədə təfsilatlı şəkildə təhlil etdiyi sualını verib.

Şirkət rəhbərliyi bildirib ki, burada söhbət məlumatları skan edən alqoritmdən gedir. Eyni alətdən sosial şəbəkədə postların kontentinin “Facebook” qaydalarına uyğunluq baxımından  avtomatik yoxlanılmasında istifadə olunur.

“Məsələn, siz “Messenger”lə şəkil göndərdikdə, bizim sistem avtomatik onu skan edir və alqoritm deyək ki, uşaqların cinsi istismarı ilə bağlı bazada olan şəkillərlə uyğunluğun olub olmadığını yoxlayır. Siz linklər göndərdikdə, biz həmin saytlarda virusun olub-olmadığını yoxlayırıq” deyə “Facebook” rəhbərliyinin nümayəndəsi bildirib.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız