iyn
2023
14:36
157

Xırdalanda 60 uşaq bu bağça ilə vidalaşdı…

9 iyn, 2023
14:36
157

Xırdalanda 60 uşaq bu bağça ilə vidalaşdı… - FOTO VİDEO

 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində “Əlvida bağça, Salam məktəb” devizi altında tədbirlər davam edir. 

 

“Den.az” xəzbər verir ki, bu silsilədən növbəti tədbir Xırdalan şəhər 23 saylı körpələr evi-uşaq bağçasında keçirilib. Bayramsayağı bəzədilmiş bağçada keçrilən tədbir öz ahəngliyi ilə yadda qalıb. 

Körpələr evi – uşaq bağçasının müdiri Aybəniz Sadıxova qonaqları və körpə fidanları salamlayıb, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətdən, gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından söz açıb.Məktəbə üz tutan balaca fidanlara yeni həyata başlamaları münasibətilə təbrik edib, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb.

 

Sonra balaca fidanların ifasında müsiqili-əyləncəli tədbir başlayıb. Balacalar bağçada keçirdikləri günlərini təsvir edib, müxtəlif səhnələşdirilmiş nömrələri, rəqs və mahnılari tədbir iştirakçılarına təqdim ediblər. Məşğələlərdən öyrəndiklərini nümayiş etdirən məktəbəhazırlıq qrupunun uşaqlarının bağçaya, Vətənə, Ata, Anaya aid şeirləri alqışlarla qarşılanıb.

 

Gül balalar “Bağçadan ayrlıriq”, “Məktəbə gedirik” şeirlərini, “milli geyimlərdə rəqsləri böyük məharətlə nümayiş ediriblər. Musiqiçiləribn şənliyinə qatılması, sehirli nömrələr göstərməsi balacaların sevincinə sevinc qatıb.

 

Qeyd edək ki, bu il Xırdalan şəhər 23 saylı körpələr evi uşaq bağçasına 60 uşaq əlvida deyir.

 

Den.az

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar