iyl
2023
17:14
209

Yaşı əsrdən böyük Azərbaycan Polisi- FOTO

2 iyl, 2023
17:14
209

Yaşı əsrdən böyük Azərbaycan Polisi- FOTO

Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümü münasibəti ilə Sabunçu rayonunda da tədbir keçirilib. 


“Den.az” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. 

Akt zalında davam edən tədbiri giriş sözü ilə açan Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov Azərbaycan polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirib. 

İdarə rəisi daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun təbrikini də şəxsi heyətin diqqətinə çatdırıb. 

Rayon İcra Hakimiyytinin başçısı Adil Vəliyev bu gün ölkəmizin sabitlik adası kimi dünyada tanınmasında polisin xüsusu rolunun olduğuna vurğulayıb.   

Qeyd olunub ki, torpaqlarımız erməni işğalı ilə üzbəüz qalanda onun müdafiəsinə qalxanların sırasında Azərbaycan polisi birinci idi və ötən müddət ərzində polis  cinayətkarlığa qarşı mübarizə apararaq, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək tarixi və şərəfli bir yol keçib.

Tədbirin sonunda xidmətdə fərqləndiyinə və Azərbaycan Polisi Günü münasibəti ilə Rayon Polis İdarəsinin  əməkdaşları Rayon İcra Hakimiyyəti Başçı tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə təltif edilib.

Den.az

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar