30 
iyl
2023
20:20
157

Tofiq Musayev və Vüqar Kərəmov növbəti qələbələrini qazanıb

30 iyl, 2023
20:20
157

Tofiq Musayev və Vüqar Kərəmov növbəti qələbələrini qazanıb

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri növbəti döyüşlərini keçiriblər.

Den.az-ın məlumatına görə, Tofiq Musayev və Vüqar Kərəmov "Bellator" və "Rizin"in birlikdə təşkil etdiyi "Super Rizin 2" turnirində kəmər döyüşünə çıxıblar.
Hər iki idmançı Yaponiyada baş tutan turnirdə rəqibinə qalib gəlib. Musayev yerli idmançı Akira Okada ilə üz-üzə gəlib. O, döyüşün ikinci raundunda rəqibini nokauta salıb.

Kərəmov isə yaponiyalı Mikuri Asakura ilə qarşılaşıb. Döyüşçü 1-ci raundda boğucu fəndlə qələbə qazanıb.



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar