31 
iyl
2023
18:16
157

Deputat Füzuliyə köç tarixini AÇIQLADI

31 iyl, 2023
18:16
157

Deputat Füzuliyə köç tarixini AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezident İlham Əliyevin imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib.

Den.az xəbər verir ki, Milli Məclisin Füzuli rayonundan olan deputatı Vüqar Bayramov bildirib ki, bu ilin oktyabrın 17-də Füzulidə ilk dəfə şəhər günü qeyd ediləcək.

Onun sözlərinə görə, həmin günkü tədbirlərə gələn aydan öz ata-baba yurdlarına qayıdacaq sakinlərimiz də şahidlik edəcək.
"Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 260 ailənin isə avqust ayının sonlarında öz evlərinə geri dönəcəyi gözlənilir.

Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Deməli, Füzuli şəhərində artıq yeni mərhələ başlamaqdadır", - deyə V.Bayramov qeyd edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar